Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib. Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib.

Boksçularımız növbəti mərhələdə

Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib.


AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, boksçularımızdan ilk olaraq rinqə 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor çıxıb. Seçməmizin üzvü əlcəzairli Abdelkader Çadi ilə üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan L.Sotomayor 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz 1/4 final mərhələsində 2015-ci ilin Avropa çempionu rusiyalı Vitali Dunyavtsevlə qarşılaşacaq.

V.Dunyavtsev bu gün Böyük Britaniya nümayəndəsi Pat Makkormakı məğlub edib. L.Sotomayorla V.Dunyavtsev oktyabrın 10-da qarşı-qarşıya gələcək.

Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına qələbə ilə başlayıb. Amma bu, boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü Əlcəzairin digər təmsilçisi Çouaib Boulodiantsa döyüşdə 1-ci raundda 2 dəfə noqdauna düşüb. Amma ikinci hissədə özünə gələn A.Abdullayev bu dəfə rəqibi iki dəfə noqdauna salıb. 3-cü raunddan sonra hakimlər boksçumuz qələbəsini qeydə alıblar - 3:0.

Boksçumuzun 1/4 finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş də oktyabrın 10-da keçiriləcək.

Bu gün axşam proqramında daha iki həmyerlimiz - Rüfət Hüseynov (49 kq) və Tayfur Əliyev (56 kq) rinqə çıxacaqlar. R.Hüseynov Hasanboy Dusmatovla (Özbəkistan), T.Əliyev isə İderkhuu Enhjarqalla qarşılaşacaq.