26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib, futbolçunun “Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42,541 avro məbləğində təzminat tələb edib. 26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib, futbolçunun “Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42,541 avro məbləğində təzminat tələb edib.

FİFA “Neftçi”nin xeyrinə qərar verdi

26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib, futbolçunun “Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42,541 avro məbləğində təzminat tələb edib.


AzNews.az klubun saytına istinadən məlumat verir ki, 19.02.2015-ci il tarixdə Moskva klubu FIFA qarşısında tələb olunan təzminatın "Neftçi" tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə "Neftçi" tərəfindən təcrübəli vəkil cəlb olunub və "Spartak" klubunun FIFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən "Neftçi" PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli Məsələlərin Həlli Şurası proseslə bağlı "Neftçi" tərəfinin haqlı olduğunu və "Spartak" klubunun iddiasının rədd edildiyini bildirib.