“Manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib. Mən Nərimanov rayonundan seçilmiş bir millət vəkiili kimi deyə bilərəm ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar”. “Manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib. Mən Nərimanov rayonundan seçilmiş bir millət vəkiili kimi deyə bilərəm ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar”.

“Bizneslə məşğul olanların vəziyyəti pisləşib” - Millət vəkili

“Manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib. Mən Nərimanov rayonundan seçilmiş bir millət vəkiili kimi deyə bilərəm ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar”.


Bunu millət vəkili Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, ya kiçik sahibkarlara amnistiya verilsin, ya da onlar 1-2 illik vergi ödəməkdən azad edilsinlər: "Həmin dükanların bağlanmasının nə dövlətə, nə əhaliyə xeyri yoxdur. Çünki kiçik bizneslə məşğul olanlar dükanlarını icarəyə verir, orada işçilər çalışır və.s. Onların işsiz qalması heç bir halda yaxşı hal deyil".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, millət vəkillərinin Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini vergilər naziri Fazil Məmmədova məktubla ünvanlayıb: "Artıq nazirin tapşırığı ilə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və məsələ üzərində iş gedir".

Qafqazinfo.az