22:49
(077) 610-22-33

Bank müsadirə etdiyi villanı - 700 minə satır

  • >
8 239 10 May 2016 14:55 | İqtisadiyyat

“Atabank”ın kredit borcuna görə müsadirə etdiyi və satışa çıxardığı daşınmaz əmlakların qiymətləri məlum olub. Bankdan verilən məlumata görə, müştəri gözləyən əmlakları almaq üçün minimum 4 min manat, maksimum isə 700 min manat pul vermək lazımdır.


Ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşdiyi üçün torpağın hektarına 1050 manat ödəməklə onu almaq olar.

Bir qədər artıq xərc çəkmək istəyənlər Lənkəranda fərdi ev də ala bilərlər. Rayonun Girdəni kəndindəki həyət evi 10 min manata satılır.

"Atabank"ın təklif etdiyi ən bahalı daşınmaz əmlak isə Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.

Fins.az
Bağla X