“Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilən bilər” açıqlamasından sonra parlament sözügedən məsələyə münasibət bildirsə də, Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb”. “Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilən bilər” açıqlamasından sonra parlament sözügedən məsələyə münasibət bildirsə də, Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb”.

İqtisadçıdan Mərkəzi Banka ağır ittihamlar: “Ciddi çətinliklər yaradır”

“Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilən bilər” açıqlamasından sonra parlament sözügedən məsələyə münasibət bildirsə də, Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, nəinki ikinci devalvasiyadan, elə manatın ilk dəyərsizləşməsindən sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiyanın verilməsi hər an gündəmdə olsa da Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir: "Amma Mərkəzi Bankın bu tərəddüdü bank sektoru üçün ciddi çətinliklər yaratmaqdadır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Əslində, bununla da problemi daha da dərinləşdirirlər. Nəticədə, getdikcə borcluların banka kreditlərini ödəməmək adiləşir".



V.Bayramov qeyd edib ki, devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə Mərkəzi Bank, nə də hələ də yüksək faizlərini saxlayan banklar güzəşt etmədiyindən borcluların çoxunun ödəmə qabiliyyəti pisləşib: "Əslində, Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamınn pozulmasına imkan yaratdı. Zamaninda kompensasiya mexanizmi tətbiq olunsaydı problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Mərkəzi Bank bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az