2015-ci ilin fevral və dekabr devalvasiyalarından sonra mənzil bazarında nisbətən ucuzlaşma hiss olunsa da, bunu yeni tikililərə şamil etmək olmur. Şəhərin dörd bir yanında ucaldılan, hələ tikintisi başa çatmamış satılan mənzillərin qiyməti ən yaxşı halda dəyişməz qalıb, ya da bahalaşıb. 2015-ci ilin fevral və dekabr devalvasiyalarından sonra mənzil bazarında nisbətən ucuzlaşma hiss olunsa da, bunu yeni tikililərə şamil etmək olmur. Şəhərin dörd bir yanında ucaldılan, hələ tikintisi başa çatmamış satılan mənzillərin qiyməti ən yaxşı halda dəyişməz qalıb, ya da bahalaşıb.

Bakıda yeni mənzillər niyə bahalaşır?

2015-ci ilin fevral və dekabr devalvasiyalarından sonra mənzil bazarında nisbətən ucuzlaşma hiss olunsa da, bunu yeni tikililərə şamil etmək olmur. Şəhərin dörd bir yanında ucaldılan, hələ tikintisi başa çatmamış satılan mənzillərin qiyməti ən yaxşı halda dəyişməz qalıb, ya da bahalaşıb.


Ekspert Rəşad Əliyev bunun səbəbini izah edib.

O deyib ki, yeni tikililərdə manatla ciddi qiymət enməsini gözləməyə dəyməz:
"Çünki, burada tikintinin maya dəyəri amili var. Məsələn, 1-ci, yəni fevral devalvasiyasına kimi yeni tikililərdə qiymət enməsi müşahidə edilirdi. Ancaq iki dəfə baş vermiş devalvasiya nəticəsində tikinti sektorunda maya dəyəri artıb.

Məlum olduğu kimi, tikinti işlərində istifadə edilən bir sıra mallar idxal edilir. Buna görə də onların qiymətlərində artım var. Bu səbəbdən də ucuz mənzillər tikən tikinti şirkətlərinin əksəriyyəti son il yarımda qiymətləri artırıb".

R.Əliyevin sözlərinə görə, ucuz mənzillərdə rentabellik səviyyəsi az olur:

"Üstəlik də idxal komponentlərinin maya dəyərində xüsusi çəkisi çoxdur. Bu səbəbdən devalvasiyalar nəticəsində onlar əvvəlki qiymətləri saxlaya bilmədilər. Ancaq bahalı mənzillər satan şirkətlərin heç də hamısı qiymətləri qaldırmayıb.

Nəzərə almaq lazımdır ki, satışın gec getməsi tikinti müddətini artırır. Müddətin artması isə son nəticədə yenə də maya dəyərinə mənfi təsir edir. Əvvəllər tikinti işləri yarıya çatanda tikinti şirkətləri mənzillərin əksəriyyətini satıb qurtarırdılar.

Yəni, alıcının hesabına çox asanlıqla tikintini başa çatdırırdılar. Ancaq son 2 ildə bu qaydada satış və tikinti aparmaq artıq çətinləşib. Buna görə tikinti şirkətləri yeni satış qaydaları tətbiq ediblər.

Məsələn, möhlətlə satış, bank ipotekası ilə və ya daxili ipoteka ilə satış. Bu yola əl atılmasının səbəbi isə odur ki, əvvəlki satış üslubu ilə mənzil tikintisi çətinləşib. Səbəb isə məlumdur – satış səviyyəsi aşağı düşüb".

Modern.az