18:56
(077) 610-22-33

ADB Azərbaycana kredit verəcək

  • >
1 060 16 Avqust 2016 12:22 | İqtisadiyyat

Asiya İnkişaf Bankı (ADB) Azərbaycana hökumətinə 200 mln. ABŞ dolları həcmində kreditin ayrılması məsələsini nəzərdən keçirəcək.


Bu barədə Bankın rəsmi saytında məlumat yerləşdirilib.

Bankın yaydığı məlumatda həmin vəsaitin Şimal-Cənub dəmir yolu layihəsinin reallaşdırılması, həmçinin Azərbaycanın dəmir yolu təsərrüfatının inkişafı üçün ayrıldığı qeyd edilib.

Ayrılacaq vəsait Şimal-Cənub nəqliyyat dəhlizinin Bakı-Yalama (Rusiya ilə sərhəd) xəttinin yenidən qurulması, kompüter, yükdaşıma və əməliyyat sistemlərinin yenidən qurulması və s. işlər üçün istifadə ediləcək.

Məlumatda qeyd olunur ki, bu il noyabrın 12-15-də ADB-nin missiyası layihə üzrə məlumat almaq məqsədi ilə Bakıda səfərdə olacaq.

Bankın açıqlamasında deyilir ki, dekabrın 12-də yekun müzakirələr keçiriləcək, lakin kreditin təsdiqinin tarixi isə hələlik məlum deyil.

Qeyd edək ki, ADB ötən ilin aprelində Şimal-Cənub dəmiryolu layihəsinin satınalma planını açıqlamışdır.

Report.az
Bağla X