Yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaranıb. Kirayə evlərin qiymətləri mövsümi olaraq bahalaşıb. Yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaranıb. Kirayə evlərin qiymətləri mövsümi olaraq bahalaşıb.

Kirayə evlər niyə bahalaşdı? - Açıqlama

Yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaranıb. Kirayə evlərin qiymətləri mövsümi olaraq bahalaşıb.


Daşınmaz əmlak bazarının fəal iştirakçılarından verilən xəbər görə, bahalaşma əsasən, tələbələrin qalacağı evlərin qiymətində müşahidə edilir. Digərlərində, xüsusilə, 1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi qıtlığı müşahidə olunur.

Bahalaşma ən çox hansı ərazilərdədir?

Rieltor Asif Yusubov deyir ki, tələbələr daha çox universitetlərə və metrolara yaxın ərazilərdə ev kirayələməyə üstünlük verirlər. Bahalaşma da məhz həmin sahələrdə müşahidə olunur:

"Tələbələr əsasən, "Gənclik", "N.Nərimanov", "Elmlər Akademiyası" və "İnşaatçılar" metrolarına və ali məktəblərə yaxın yerlərdə ev kirayələk istəyirlər. Ona görə də indi həmin ərazilərdə kirayə evlərin qiymətində ötən ayla müqayisədə 50-100 manat bahalaşma var. Məsələn, köhnə binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin kirayə qiyməti indi 400- 450 manat arasında dəyişir".

Digər yaşayış ərazilərində isə qiymətlər dəyişməyib.

Kirayə evlərdə qiymətlər belə dəyişir

Rieltorun sözlərinə görə, bu qiymətlər mənzilin mərtəbəsindən, blokundan, içərisindəki şəraitdən asılı olaraq dəyişir: "Yasamalda 2 otaqlı orta təmirli mənzil 400-450 manata təklif olunur. Ona görə də tələbələr qrup şəklində qalmağa üstünlük verirlər".

Yeni tikililərdə isə qiymətlər bir qədər də bahadır. A.Yusubov bildirdi ki, eyni ərazilərdə yerləşən binalardakı mənzillər kirayə üçün 400-500-600 manata təklif edilir. Təbii ki, bu da tələbələr üçün əlverişli deyil.

Bahalı mənzillər niyə ucuz verilir?

Rieltor deyir ki, indiyə qədər 600-1200 manat və daha baha təklif edilən kirayə mənzillər isə əksinə ucuzlaşıb. Buna səbə b həmin qiymətlərə icarədar tapılmamasıdır: "Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən bahalı evləri kirayə götürən az olur. Ona görə də həmin mənzillər ucuzlaşıb".

A.Yunusovun sözlərinə görə, ərəb turistlərinin Bakıya axını və burada mənzil kirayələmələri də qiymətlərə ciddi təsir etməyib: "Çünki onlar qısamüddətli qalmaq üçün mənzil tuturlar. Əgər çox qalsalar, bu, qiymətlərə təsir edərdi".

Fins.az