Son zamanlar ikinci əl avtomobil alanların sayında artım müşahidə olunur. Son zamanlar ikinci əl avtomobil alanların sayında artım müşahidə olunur.

Avtomobil bazarında bahalaşma - “2500 manata qədər artıb”

Son zamanlar ikinci əl avtomobil alanların sayında artım müşahidə olunur.


AzNews.az Region TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, təzə maşınların qiyməti yüksək olduğundan sürücülər işlənən avtomobillərə üstünlük verir. Ekspert isə xəbərdarlıq edir: sonradan problem yaşamamaq üçün əvvəl istifadə olunan nəqliyyat vasitəsini alarkən ilk növbədə rəsmi şəkildə ada keçirilməlidir.

Avtomobil bazarında istifadə olunmuş maşınlar digərlərinə nisbətən daha çox satılır.

Alıcılar ikinci əl avtomobillərə üz tutmalarını qiymətini ucuzluğu ilə əsaslandırır: "Gəldik baxdıq təzə maşınlara. Əlbəttə ki, təzə maşın yaxşıdır. Amma qiymətinə görə heç sərf eləmir".

Satıcılar da bazarda ikinci əl maşınlara təlabat olduğunu deyirlər: "Qiymətlərdə bir az artım var, bəli. Əvvəl dördfaranı alırdıq 8 min manata, indi alırıq 10-12 min manata. Müştərilərin çox krediti soruşur".

Alqı-satqı mütəxəssisi Ramil Osmanlı isə son zamanlar avtomobil bazarında işlənmiş nəqliyyat vasitələrinə marağın artmasını, ölkəyə artıq köhnə maşınların gətirilməməsi ilə izah edir. Son vaxtlar avtomobil idxalının 10 dəfəyə yaxın azalması da buna müəyyən qədər təsir göstərib: "Təklif tələbi qarşılamadığına görə, dövriyyədə olan avtomobillərin sayı kəskin azaldığına görə, köhnə avtonəqliyyat vasitələrinin qiyməti 2000-2500 manata qədər artıb".

İkinci əl avtomobillərin alqı-satqısı qanunvericilkdə xüsusi olaraq tənzimlənmir. Nəqliyyat mütəxəssisi Ərşad Hüseynovun sözlərinə görə, bu cür avtomobilləri alan vətəndaşlar ilk növbədə onu öz adına keçirilməlidirlər. Sonradan yaranacaq məhkəmə problemlərini önləmək üçün bu vacib addımdır. Hesablamalara görə, Azərbaycanda avro 4 standartına cavab verməyən avtomobillər 30 faiz təşkil edir.