“Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar avqustun 31-dən etibarən şirkətdən ayrılmaq qərarına gəlib. “Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar avqustun 31-dən etibarən şirkətdən ayrılmaq qərarına gəlib.

“Azerfon” yeni baş icraçı direktor təyin etdi

“Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar avqustun 31-dən etibarən şirkətdən ayrılmaq qərarına gəlib.


Bu barədə şirkətdən AzNews.az-a verilən məlumata görə, K.Maknilinin şirkətə rəhbərlik etdiyi dövr ərzində "Azerfon" ("Nar") həm gəlir, həm də abunəçi sayındakı artım nöqteyi-nəzərdən Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olub.

Klaus Müller şirkətə yeni baş icraçı direktor təyin olunub. Yeni təyinatına qədər K.Müller "Deutsche Telekom" şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsini yerinə yetirərək, 12 Avropa ölkəsində aparılan əməliyyatları idarə edib.

K.Maknili şirkətdən ayrılmasını şərh edərkən bildirib ki, son bir neçə il ərzində "Azerfon" MMC-nin baş icraçı direktoru olaraq çalışdığım üçün çox şadam.
"Əldə etdiyimiz nəticələrə və şirkətin böyük inkişafa nail olmasına görə qürur hissi keçirirəm. Şirkət rəhbərliyi və kollektiv istedadlı kadrlardan ibarətdir və mən inanıram ki, Klaus Müllerin rəhbərliyi altında onlar gələcəkdə də böyük uğurlar qazanmağa davam edəcəklər", - deyə, o vurğulayıb.

"Azerfon" İdarə Heyətinin sədri Georgios Koronias bildirib ki, Kent Maknili və onun rəhbərlik etdiyi komanda "Azerfon" şirkətini böyük uğurla idarə ediblər: "Onun şirkətdən ayrılması xəbərini təəssüf hissi ilə qarşıladığımızı və onu aramızda görməkdən məmnun olduğumuzu bildirməklə yanaşı, cənab Makniliyə gələcək işlərində böyük uğurlar arzu edirik. "Azerfon" şirkətinə rəhbərlik etdiyi üçün ona dərin təşəkkürümüzü bildiririk".

Yeni təyinat məsələsinə də münasibət bildirən Koronias, Klaus Müllerin "Azerfon" şirkətinin dinamik rəhbərliyində yeni fəsil açacağına inandığını bildirib.
"Onun bir çox müxtəlif bazarlardakı təcrübəsi sayəsində əldə rəhbər tutduğu dəyərlər bizim üçün böyük önəm daşıyır. "Azerfon" İdarə Heyətinin sədri olaraq, bizim yeni baş icraçı direktorumuz Klaus Müllerə dəstək olmağa hazıram", - Georgios Koronias sözlərinə əlavə edib.

"Azerfon" şirkətində işə başlamanın özü üçün bir şərəf olduğunu ifadə edən K.Müller bununla bağlı həyəcanlı olduğunu bildirib: "Kent Maknili Azərbaycanda biznesin inkişafına böyük töhfə verib. Uzunmüddətli uğur üçün inkişaf və rentabellilik çox vacibdir. Müştərilərimiz, cəmiyyət və səhmdarlarımızın ümidlərini doğrultmaq naminə şirkətimizin uğurlarının davam etdirilməsi məqsədilə hər bir kəsi əl-ələ verərək əzmlə çalışmağa dəvət edirəm".