Sosial yardım alanlara ŞAD XƏBƏR

2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı sosial yardımların (ÜSY) orta aylıq məbləği artacaq. Bu barədə Trend-ə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

"2013-cü ildə ehtiyac meyarının 93 manatadək artırılacağı nəzərə alınaraq, ailələrə verilən ÜSY-nin orta məbləği indiki 110 manatdan 120-130 manatdək qaldırılacaq. ÜSY-nin əhatə dairəsi də genişlənir. Bu gün ünvanlı sosial yardım alanların sayı 130 min nəfər təşkil edir", - Rəhimov deyib. Onun sözlərinə görə, habelə 2013-cü ildə sosial müavinətlərin indeksasiyası da aparılacaq.

AzNews.az