04:29
(077) 610-22-33

Nazirlikdən yeni cərimə dalğası - 83800 manat

  • >
548 5 Dekabr 2012 13:52 | İqtisadiyyat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin noyabrın ikinci ongünlüyündə apardığı monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, monitorinqdə hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 167 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 59 müddətli məcburi göstəriş verilib.


Ümumilikdə, 26 iş üzrə 83 800 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 4351.66 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılması və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 157 iş üzrə 29396.5 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 2, icra qruplarına 7, məhkəmələrə isə 1 iş göndərilib.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X