“Forbes” dünyanın ən nüfuzlu şəxslərinin adını açıqladı

Rusiya prezidenti Vladimir Putin hər il "Forbes" jurnalının hazırladığı dünyanın nüfuzlu şəxsləri siyahısında üçüncü yerdə təmsil olunur. APA-nın məlumatına görə, ötən il reytinqi hazırlayan ekspertlər Rusiya liderini ikinci pilləyə layiq görüblər, Putin bu siyahıda 2010-cu ildə dördüncü, 2009-cu ildə isə üçüncü olub.

2012-ci ilin ən nüfuzlu şəxsləri birinci yeri bu posta yenidən seçilmiş ABŞ prezidenti Barak Obama, ikinci yeri isə Almaniyanın federal kansleri Angela Merkel tutur. Obama artıq ikinci ildir ki, bu siyahıya rəhbərlik edir, Merkel isə ötən il reytinq cədvəlində dördüncü olub. Ötən il beşinci sırada qərarlaşmış Microsoft şirkətinin qurucusu Bill Qeyts bu il bir pillə irəliləyib. Siyahıda beşinci yeri bir il əvvələ nisbətən bir pillə irəliləmiş Roma Papası XVI Benedikt tutur.

Dünyanın ən nüfuzlu şəxsləri siyahısında ilk onluğa ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Ben Bernanke (6-cı yer), Səudiyyə kralı Abdulla bin Əbdüləziz (7-ci yer), Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi (8-ci yer), Cin Xalq Respublikasının sədri Ci Tszinpin (9-cu yer) və Böyük Britaniyanın baş naziri Devid Kemeron da daxildir.

Rusiyanın baş naziri Dmitri Medvedyev 61-ci yerdə qərarlaşıb. Onu siyahıda Çinin sabiq rəhbəri Tszyan Tszemin və Sinaloa kartelinin rəhbəri, narkobaron Xoakin "El Çapo" Qusman təqib edir.

Reytinq cədvəlində Putin və Medvedyevdən başqa iki rusiyalı – iş adamı Əlişir Usmanov (67) və "Qazprom"un rəhbəri Aleksey Milner (70) yer alıb. 71 nəfərlik reytinq cədvəlində sonuncu yeri Linkedin sosial şəbəkəsinin yaradıcısı Rid Xoffman tutur.

Reytinq tərtib olunan zaman bu və ya digər şəxsin təsir dairəsində olan insanların sayı, nəzarətində olan maliyyə imkanlarının həcmi, həyatın müxtəlif sahələrinə nüfuz etmək səviyyəsi, namizədin öz təsir imkanlarından aktiv şəkildə istifadə etməsi faktoru nəzərə alınıb.

AzNews.az