“Turanbank” dan Agentliyə qarşı 250 minlik iddia

"Turanbank" ASC "Qranit AS Travel" Turizm Agentliyini məhkəməyə verib. Femida.az-ın məlumatına görə, iddiada kredit müqaviləsinin ləğv edilməsi tələb olunur. Belə ki, şirkət bankdan 250 min ABŞ dolları məbləğində kredit götürüb.

Sonradan faizlərlə birlikdə bu məbləğ 328,5 min manata (420 min ABŞ dolları) çatıb. Məsələ ilə bağlı Turizm Agentliyindən Femida.az-a verilən açıqlamada məlumat təsdiqlənib. Agentlikdən bildirilib ki, hazırda məsələ həll olunmaq üzrədir.

AzNews.az