Qədim İsayev bələdiyyə iclasının qərarı olmadan 8,64 ha örüş torpağını 4.893 manata satıb Qədim İsayev bələdiyyə iclasının qərarı olmadan 8,64 ha örüş torpağını 4.893 manata satıb

Bələdiyyə sədrinə cinayət işi açıldı

Qədim İsayev bələdiyyə iclasının qərarı olmadan 8,64 ha örüş torpağını 4.893 manata satıb



Qusar rayonu, Mucuq kənd bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müəyyən edilib ki, bələdiyyə sədri İsayev Qədim Talıb oğlu bələdiyyə iclasının qərarı olmadan və qanunvericiliklə alqı-satqısı qadağan edilmiş 8,64 ha örüş torpağını 4.893 manata satıb.

Bundan başqa 2010-2011-ci illərdə 4.229 manat məbləğində bələdiyyə vəsaiti qanunvericiliyə zidd olaraq təyinatı üzrə xərclənməyib, habelə bələdiyyə ərazisində 1.440 manat məbləğində görülmüş təmir-tikinti və abadlıq işlərinin qəbulu aktlarına həmin işlərin aparılmasını təsdiq edən sənədlər əlavə olunmayıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az