Almanların “Nabucco”-dakı payı alınacaq?

Avstriyanın OMV şirkəti Almaniyanın RWE şirkətinin "Nabucco" qaz kəməri layihəsindəki payını almaq üçün danışıqlar aparır. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu OMV şirkətinin rəhbəri Herhard Royss bəyan edib.

Hazırda həm OMV, həm də RWE şirkətləri "Nabucco" layihəsində eyni səviyyədə, 16,67 faiz paya malikdir. "Nabucco" layihəsi Rusiyadan yan keçməklə Azərbaycan və Orta Asiyanın qaz resurslarının Avropaya nəqlini nəzərdə tutur. Bu layihənin 7,9 milyard avroya başa gələcəyi proqnozlaşdırılıb. Lakinin layihənin dəyərinin 15 milyard dollara qədər yüksələ biləcəyi barədə də fikirlər səsləndirilir.

RWE, OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botas" şirkətlərinin hər biri layihədə 16,67 faiz paya malikdirlər. "Nabucco" qaz kəmərinin 2013-cü ildə tikintisinin başlanılması planlaşdırılır.

AzNews.az