“Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq”. “Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq”.

Bizim iqtisadiyyatımıza ən böyük zərbəni bank sektoru vurub - İlham Əliyev

“Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında belə deyib.

Dövlət başçısı qeyd edib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.