- Köhnə - İqtisadiyyat
- 12 Yanvar 2017 00:00
- 6 030
Meksika pesosu ucuzlaşaraq, tarixi minimumuna endi - Trampa görə
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bu gün Nyu-Yorkda keçirdiyi mətbuat konfransındakı çıxışından sonra Meksika valyutası ucuzlaşmağa başlayıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə valyutası Trampın Meksika sərhəddinə divar hördürməsi ilə bağlı açıqlamasından sonra tarixi enişini yaşayıb.
Meksika pessosu bir dollara nəzərən 22,0404-a enib. Bu isə ölkənin valyuta tarixində ən zəif göstəricidir.
Maraqlıdır ki, Trampın mətbuat konfransından sonra Amerika valyutası, yəni dollar da ucuzlaşmağa başlayıb.