Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin dekabr ayında kommersiya banklarından xalis avro alışı 9 128,9 min təşkil edib. Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin dekabr ayında kommersiya banklarından xalis avro alışı 9 128,9 min təşkil edib.

Əhali avrodan imtina edir

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin dekabr ayında kommersiya banklarından xalis avro alışı 9 128,9 min təşkil edib.

AzNews.az fins.az-a istinadən xəbər verir ki, bu, noyabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 15 939,6 min avro və ya 63,4% azdır. Belə ki, noyabrda bankların xalis avro satışı 25 122,5 min təşkil edib.

Əvvəlki ilin dekabrına nisbətən isə bankların əhaliyə xalis avro satışı 5,8 dəfə azalıb.

Qeyd edək ki, 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı ümumilikdə 266 647,6 min avro olub. Bu da əvvəlki ilin analoji göstəricisindən 3,11 dəfə azdır.