Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

Mərkəzi Bankın valyuta ehtiyatları artıb - 8,5%

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, 2017-ci il martın 1-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 369,3 mln. dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1% və ya 42,1 mln. dollar çoxdur. Fevral ayının 1-ə tənzimləyicinin ehtiyatları 4 mlrd. 327,2 mln. dollar təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 8,5% və ya 343 mln. dollar artım olub.