“Dolların kursunun stabil qalması uzun müddət davam edə bilməz.” “Dolların kursunun stabil qalması uzun müddət davam edə bilməz.”

Dollar yenidən qalxacaq- Millət Vəkili

“Dolların kursunun stabil qalması uzun müddət davam edə bilməz.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, qarşıdakı bir-iki ay ərzində manat ucuzlaşacaq:

“Bu mənim şəxsi fikirimdir, vəziyyət üzün müddət davam edə bilməz. Hökümət idxal və ixrac əməliyyatlarında nəzarəti gücləndirib. Bu çox müsbət haldır. Amma manatın vəziyyəti neftin qiymətindən asılıdır. Neftin qiyməti son vaxtlar 50 dollara düşüb. Aparılan inzibati tədbirlər müəyyən qədər manatın qorunub saxlanmasına təsir göstərir. Bu uzun müddət davam edə bilməz. Bir-iki aya kimi öz effektini göstərəcək. İqtisadiyyatı gücləndirmək üçün mütləq vəsait lazımdır. Bu əlbəttə ki, manata təsirini göstərəcək. Həmin ərəfədə dollar öz dəyərinə qayıdacaq, manat isə ucuzlaşacaq.”

Vahid Əhmədovun sözlərinə görə, son vaxtlar Azərbaycan hökuməti tərəfindən manatla bağlı müəyyən inzibati tədbirlər həyata keçirilir:

“Azərbaycanda müəyyən qədər pul kütləsinin nizamlanması prosesi gedir. Müəyyən çətinliklər olsa da çalışırlar ki, manatı qoruyub saxlasınlar və ona inamı qaytarsınlar. Bu istiqamətdə addımlar atılır. Son vaxtlar Azərbaycana turist axını çoxalıb. İran, ərəb ölkələri və digər dövlətlərdən ölkəmizə gələ turistlərin sayı artmaqdadır. Bu da Azərbaycanda müəyyən qədər pul kütləsinin artmasına səbəb olub.”

Bahar RÜSTƏMLİ

AzNews.az