Xəzər dənizi mütəxəssisləri iki cəbhəyə böldü Xəzər dənizi mütəxəssisləri iki cəbhəyə böldü

Proqnozlar düz çıxmadı

Xəzər dənizi mütəxəssisləri iki cəbhəyə böldü




2015-ci ilə qədər Xəzər dənizinin səviyyəsində 1 metrə qədər artımın olacağı ilə bağlı proqnozlar özünü doğrultmur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əvvəllər dənizdə səviyyə dəyişikliyinin 2015-ci ildə ən yüksək həddə çatacağı ilə bağlı proqnozlar versələr də, AMEA-nın Coğrafiya İnstitutu bu proqnozların özünü doğrultmadığını deyir.

İnstitutun direktor əvəzi Ramiz Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, son zamanlar dənizin səviyyəsində 20-30 sm-lik azalma müşahidə olunur:

"Əvvəlki proqnozlar özünü doğrultmadı, dənizin səviyyəsi 30 sm-ə qədər düşüb. Biz hələ əvvəllər də demişdik ki, bu illər səviyyə dəyişikliyində nisbətən stabillik müşahidə olunacaq. 2025-ci ilə qədər Xəzərin səviyyəsində eksperimental dəyişiklik gözlənilmir. Amma bununla belə bunu 100 faiz söyləmək mümkün deyil".

Qeyd edək ki, dənizin səviyyəsinin 2015-ci ilə kimi 1 metr qalxacağı təqdirdə 150 min ha ərazinin su altında qalacağını proqnozlaşdırılırdı. Ümumiyyətlə isə ekoloqlar bildirir ki, son 4 min ilin araşdırmalarına görə, 250 ildən bir dənizin səviyyəsində ciddi dəyişikliklər baş verir.

Elnarə Əlosmanqızı
AzNews.az