15:55
(077) 610-22-33

ARDNŞ-dən anlaşılmaz açıqlama

  • >
442 4 Fevral 2013 17:25 | İqtisadiyyat

"Xəzərin neftlə çirklənməsi 150-200 il əvvəlki işlərin nəticəsidir"




Xəzərdə neft tullantıları ilə bağlı vəziyyətə görə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) məsuliyyət daşımır.

"APA-Economics"in məlumatına görə, bunu ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Xəzərin çirkləndirilməsi ilə bağlı İran rəsmilərinin Azərbaycana qarşı ittihamlarına münasibətini bildirərkən qeyd edib: "Bu, Neft Şirkətinin çiyninə düşən səlahiyyət deyil. Bu bizə 150-200 il bundan əvvəl yataqlardan qalan çirklənmənin mirasıdır və bu məsələnin həlli üçün ARDNŞ həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, həm də özü lazımi işlər aparır".

Xəzərdə qazma işləri ilə əlaqədar baş verən çirklənməyə gəlincə, ARDNŞ rəsmisi bildirib ki, hazırda Azərbaycanda, Qaradağ rayonu ərazisində böyük tullantı mərkəzi yaradılır: "Bütün qazma işləri aparılan yerlərdə, ümumiyyətlə NQÇİ-lər olan ərazilərdə çirklənmiş torpaqları, qazma şlamını və neft şlamını ora aparıb utilizasiya etmək fikrindəyik".

R.Hüseynzadə vurğulayıb ki, Xəzəryanı ölkələr dənizin çirklənməsi məsələsini mütəmadi müzakirə edirlər. Bununla bağlı ötən il Türkmənistanda beynəlxalq konfrans da keçirilib. Lakin bu problem təkcə Azərbaycanla bağlı deyil. "Məlum olduğu kimi, Xəzərdə təkcə Azərbaycan deyil, Rusiya, Türkmənistan və Qazaxıstan da qazma işləri aparırlar. Qazma işləri aparılan yerdə isə əlbəttə ki, çirklənmə məsələləri ola bilər. Biz keçirdiyimiz görüşlərdə və toplantılarda bu məsələlərin həlli yollarını tapmağa çalışırıq və hesab edirəm ki, bu məsələləri həll edəcəyik".

AzNews.az
Bağla X