10:31
(077) 610-22-33

Azərbaycanda hər ailəyə bir maşın düşəcək - VİDEO

  • >
286 4 Fevral 2013 23:08 | İqtisadiyyat



Azərbaycana demək olar ki, dünyanın bütün ölkələrindən, müxtəlif markalarda avtomobillər gətirilsə də, bazarda bir neçə avtomobil markası daha populyardır. İstifadə olunmuş avtomobillər bazarında daha çox Almaniya istehsalı olan maşınlar liderlik edir. Lakin artıq avtomobil bazarına Yaponiya və Koreyanın istehsalı olan avtomaşınlar da geniş şəkildə daxil olmağa başlayıb. Ekspertlər bunun səbəbini yerli alıcıların zövqü və mövcud şəraitlə əlaqədar olduğunu deyirlər.

Ekspert Ramin Osmanlının sözlərinə görə, Koreya və Yaponiya istehsalı olan avtomobillər getdikcə liderliyi ələ alır və yaxın zamanda bazarda daha çox populyar olacaq. Avtomobillər müxtəlif olduğu kimi bazarda alıcıların fikirləri də fərqlidir. Alıcılar və satıcılar arasında aparılan sorğular zamanı məlum oldu ki, heç də bütün alıcılar mühərrik gücü ilə maraqlanmır. Bundan başqa təkrar avtomobil bazarında istehsal olunduğu ölkədən gətirilən işlənmiş maşınlara üstünlük verilir.

Son vaxtlar ölkədə avtomobil istehsalçılarının rəsmi nümayəndəliklərinin də sayı artıb. Bu isə yeni avtomobillərə marağın daha çox olması ilə əlaqələndirilir. Ekspertlər bunu həm də bankların yeni avtomobillərin alışında daha asan kredit vermələri ilə əlaqələndirir. 4-5 il əvvəl ölkədə cəmi 20-25 rəsmi nümayəndəlik olsa da, bu gün bu say 80-ə yaxındır.

Ölkədə avtomobillərin qiymətinin qonşu ölkələrdən baha olmasına gəlincə isə, bu, idxal zamanı tətbiq olunan vergi və rüsumların yüksək olması ilə izah olunur. Bundan başqa, mühərrikin gücü də mühüm rol oynayır.

Qeyd edək ki, son statistik məlumatlara görə, ölkədə avtomobillərin sayı 1 milyon 100 mini keçib və bu cür davam edərsə, yaxın bir neçə il ərzində ölkədə hər ailəyə bir avtomobil düşəcək.

ANS

Bağla X