12:03
(077) 610-22-33

Dünya Bankının Azərbaycan hökumətindən internet tələbi

  • >
252 5 Fevral 2013 09:53 | İqtisadiyyat

"Azərbaycanda məhkəmələrin qəbul etdiyi bütün qərarlar internetdə yerləşdirilməlidir"




Azərbaycanda məhkəmə sisteminin modernləşməsi sahəsində əsas məsələlərdən biri məhkəmə qərarlarının qəbulunun şəffaflığıdır və bunu təmin etmək üçün məhkəmə qərarları veb-saytlarda yerləşdirilməlidir. "APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəsi Larisa Leşçenko bildirib.

Dünya Bankının Azərbaycandakı layihələrinin gedişi barədə məlumat verən L.Leşçenko bildirib ki, artıq bank strateji əməkdaşlıq layihəsi üzrə bankdaxili müzakirələri başa çatdırıb və Azərbaycan hökuməti ilə borclanma və texniki yardım məsələlərini müzakirə etməyə hazırdır.

Onun sözlərinə görə, bəzi layihələr üzrə uğurlu nəticələr əldə edildiyinə görə, onların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur: "Məsələn, bərk tullantıların idarə olunması layihəsi yaxşı nəticələr göstərdiyinə görə, hökumət bizə müraciət edib ki, bu layihəni davam etdirək və genişləndirək".



Dünya Bankı Azərbaycanda Məhkəmə sisteminin modernləşməsi Layihəsinin gedişindən də razıdır: "Bu sahədə müəyyən irəliləyişlər var. Biz yeni modellə fəaliyyət göstərən məhkəmələr və bura işləməyə gələn insanların müsabiqə yolu ilə seçimi prosesindən razıyıq. Təbii ki, hələ çox iş görülməlidir. Biz yaxşı başa düşürük ki, bu hələ ilk addımdır".

L.Leşçenko bildirib ki, bu sahədə mühüm məsələlərdən biri məhkəmə qərarlarının qəbulunun şəffaflığıdır: "Əgər məhkəmələrin qəbul etdiyi bütün qərarlar internetdə yerləşdirilsə, onda oxşar işlər üzrə fərqli qərarlar qəbul etmək məhkəmələr üçün çox çətin olacaq, buna görə də şəffaflıq çox mühüm amil sayılır".

Bank nümayəndəsi qeyd edib ki, kənd təsərrüfatı, səhiyyə və su sektorunda islahatlar da Dünya Bankı üçün strateji istiqamətlər sayılır: "Amma bu sahədə layihələrin təsdiq edilməsi Azərbaycan hökumətinin ehtiyaclarından asılı olacaq".

AzNews.az
Bağla X