Avropa Palataları Assosiasiyasının Şərq tərəfdaşlığı proqramı "East İnvest 2" layihəsi çərçivəsində sahibkarlığı dəstəkləyən təşkilat və biznes assosiasiyalarının Kiyevdəki toplantısında layihənin əlaqələndiricisi Natiq Mədətov "Azexport" portalı barədə tədbir iştirakçılarına geniş məlumatlar təqdim edib. Avropa Palataları Assosiasiyasının Şərq tərəfdaşlığı proqramı "East İnvest 2" layihəsi çərçivəsində sahibkarlığı dəstəkləyən təşkilat və biznes assosiasiyalarının Kiyevdəki toplantısında layihənin əlaqələndiricisi Natiq Mədətov "Azexport" portalı barədə tədbir iştirakçılarına geniş məlumatlar təqdim edib.

"Azexport" portalı Şərqi Avropa ölkələrinə tövsiyə olunub - Foto

Avropa Palataları Assosiasiyasının Şərq tərəfdaşlığı proqramı "East İnvest 2" layihəsi çərçivəsində sahibkarlığı dəstəkləyən təşkilat və biznes assosiasiyalarının Kiyevdəki toplantısında layihənin əlaqələndiricisi Natiq Mədətov "Azexport" portalı barədə tədbir iştirakçılarına geniş məlumatlar təqdim edib.

AzNews.az xəbər verir ki, təqdimatdan sonra "Azexport" portalı "East Invest 2" layihəsi çərçivəsində kiçik və orta sahibkarlığın ixracının təşviqi üçün onlayn platforma kimi dövlət-özəl sektor dialoqunda iştirak üzrə tövsiyələr siyahısına daxil edilib.

Davamlı olaraq bu layihənin fərqli ölkələrdə müzakirələrinin təşkil edilməsində məqsəd səmərəli və davamlı dövlət və özəl sektor dialoqu, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsidir.

Müzakirələrdə Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna, Moldova və Ermənistandan olan 30-dan artıq nümayəndə iştirak edib. Bundan sonrakı müzakirələr Brüsseldə davam edəcək.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

image description image description image description