Azərbaycanda maliyyə sektoruna cari ilin birinci rübü ərzində 0,4 mln. manat həcmində investisiya yatırılıb. Azərbaycanda maliyyə sektoruna cari ilin birinci rübü ərzində 0,4 mln. manat həcmində investisiya yatırılıb.

Maliyyə sektoruna investisiya artıb - Azərbaycanda

Azərbaycanda maliyyə sektoruna cari ilin birinci rübü ərzində 0,4 mln. manat həcmində investisiya yatırılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu sahəyə sərmayə qoyuluşunda illik 2,6 dəfə artım qeydə alınıb. İqtisadiyyata məcmu sərmayə qoyuluşunda maliyyə sektorunun payı 0,01% təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 182,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0% çox vəsait yönəldilib.

AzNews.az