Əli Məsimli: ”Mənfi məqamları aradan qaldırmaq üçün qeyd etdiyim kimi bu məsəslələrə kompleks yanaşmaq lazımdır” Əli Məsimli: ”Mənfi məqamları aradan qaldırmaq üçün qeyd etdiyim kimi bu məsəslələrə kompleks yanaşmaq lazımdır”

Dünya Bankı Azərbaycan məhkəmələrindən narahatdır

Əli Məsimli: ”Mənfi məqamları aradan qaldırmaq üçün qeyd etdiyim kimi bu məsəslələrə kompleks yanaşmaq lazımdır”




Dünya Bankının Azərbaycandakı nümayəndəsi Larisa Leşçenko bildirib ki, Azərbaycanda məhkəmələrin qəbul etdiyi bütün qərarlar internetdə yerləşdirilməlidir. O qeyd edib ki, Azərbaycanda məhkəmə sisteminin modernləşməsi sahəsində əsas məsələlərdən biri məhkəmə qərarlarının qəbulunun şəffaflığıdır və bunu təmin etmək üçün məhkəmə qərarları veb-saytlarda yerləşdirilməlidir: "Bu sahədə mühüm məsələlərdən biri məhkəmə qərarlarının qəbulunun şəffaflığıdır.Əgər məhkəmələrin qəbul etdiyi bütün qərarlar internetdə yerləşdirilsə, onda oxşar işlər üzrə fərqli qərarlar qəbul etmək məhkəmələr üçün çox çətin olacaq, buna görə də şəffaflıq çox mühüm amil sayılır".

Maraq doğuran məqam qurumun belə bir qənaətə gəlməsidir. Məsələyə aydınlıq gətirən iqtisadçı, millət vəkili Əli Məsimli AzNews.az-a deyib ki, Azərbaycanda məhkəmə sistemində bütövlükdə aşkarlığın təmin edilməsi, islahatların aparılması, bu sahədə hansısa mənfi cəhətlər varsa, onların aradan qaldırılmasından söhbət getməlidir. Onun fikrincə təkcə qərarların verilməsi ilə məsələ bitmiş sayılmamalıdır: "Hesab edirəm ki, müstəqil və şəffaf məhkəmə sisteminin yaradılmasına kompleks yanaşılması daha düzgün olacaq. Ümumiyyətlə, Azərbaycanda məhkəmələrin çıxardığı qərarlara normal yanaşmıram. Hazırda Azərbaycandan Avropa Məhkəmələrinə göndərilən şikayətlərin sayı artır. Məhkəmələrin çıxardığı qərarlarla bağlı bizə də müraciət edənlər olur. Məsələn Qarabağ əlilidir, həm özü, həm də uşağı xəstədir. Belə bir adamın torpağını əlindən alırlar, məhkəmə də təqsirli, haqsız tərəfin xeyrinə qərar çıxarır. Belə səthi yanaşmalara rast gəlinir".

Amma bütün bunlara baxmayaraq deputat hesab etmir ki, bunu bütün məhkəmə qərarlarına şamil etmək düzgündür: "Burda həm müsbət, həm də mənfi məqamlar var. Mənfi məqamları aradan qaldırmaq üçün qeyd etdiyim kimi bu məsəslələrə kompleks yanaşmaq lazımdır. Bütövlükdə həm məhkəmələrin sərbəstliyinin, müstəqilliyinin təmin edilməsi, həm də məhkəmə qərarlarının aşkarlığının təmini, ictimaiyyətin bilavasitə ondan xəbərdar olması, müqayisəli təhlillərin aparılmasına imkan yaradılması məsələsi son dərəcə diqqətdə saxlanmalıdır".

Gültəkin
AzNews.az




Azərbaycanda məhkəmə sisteminin modernləşməsi sahəsində əsas məsələlərdən biri məhkəmə qərarlarının qəbulunun şəffaflığıdır və bunu təmin etmək üçün məhkəmə qərarları veb-saytlarda yerləşdirilməlidir. Bu barədə məlumat verən

Dünya Bankının Azərbaycanda Məhkəmə sisteminin modernləşməsi Layihəsinin gedişindən razı qaldığını vurğulayan L.Lesçenko bu sahədə müəyyən irəliləyişlərin müşahidə olunduğunu deyib: "Biz yeni modellə fəaliyyət göstərən məhkəmələr və bura işləməyə gələn insanların müsabiqə yolu ilə seçimi prosesindən razıyıq. Təbii ki, hələ çox iş görülməlidir. Biz yaxşı başa düşürük ki, bu hələ ilk addımdır. Bu sahədə mühüm məsələlərdən biri məhkəmə qərarlarının qəbulunun şəffaflığıdır.Əgər məhkəmələrin qəbul etdiyi bütün qərarlar internetdə yerləşdirilsə, onda oxşar işlər üzrə fərqli qərarlar qəbul etmək məhkəmələr üçün çox çətin olacaq, buna görə də şəffaflıq çox mühüm amil sayılır".

Məsələyə aydınlıq gətirən iqtisadçı, millət vəkili Əli Məsimli AzNews.az-a deyib ki, Azərbaycanda məhkəmə sistemində bütövlükdə aşkarlığın təmin edilməsi, islahatların aparılması, bu sahədə hansısa mənfi cəhətlər varsa, onların aradan qaldırılmasından söhbət getməlidir. Onun fikrincə təkcə qərarların verilməsi ilə məsələ bitmiş sayılmamalıdır: "Hesab edirəm ki, müstəqil və şəffaf məhkəmə sisteminin yaradılmasına kompleks yanaşılması daha düzgün olacaq. Ümumiyyətlə, Azərbaycanda məhkəmələrin çıxardığı qərarlara normal yanaşmıram. Hazırda Azərbaycandan Avropa Məhkəmələrinə göndərilən şikayətlərin sayı artır. Məhkəmələrin çıxardığı qərarlarla bağlı bizə də müraciət edənlər olur. Məsələn Qarabağ əlilidir, həm özü, həm də uşağı xəstədir. Belə bir adamın torpağını əlindən alırlar, məhkəmə də təqsirli, haqsız tərəfin xeyrinə qərar çıxarır. Belə səthi yanaşmalara rast gəlinir".
Amma bütün bunlara baxmayaraq deputat hesüab etmir ki, bunu bütün məhkəmə qərarlarına şamil etmək düzgündür: "Burda həm müsbət, həm də mənfi məqamlar var. Mənfi məqamları aradan qaldırmaq üçün qeyd etdiyim kimi bu məsəslələrə kompleks yanaşmaq lazımdır. Bütövlükdə həm məhkəmələrin sərbəstliyinin, müstəqilliyinin təmin edilməsi, həm də məhkəmə qərarlarının aşkarlığının təmini, ictimaiyyətin bilavasitə ondan xəbərdar olması, müqayisəli təhlillərin aparılmasına imkan yaradılması məsələsi son dərəcə diqqətdə saxlanmalıdır".

Gültəkin
AzNews.az