18:22
(077) 610-22-33

İpoteka istiqrazları ilə bağlı hərrac keçirilib

  • >
2 087 4 May 2017 19:24 | İqtisadiyyat

Mayın 4-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

AzNews.az xəbər verir ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2015008686) nominal qiymətlə həcmi 10 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.

İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,002.33 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10,040,000 manat olub. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir. İstiqrazlar 2037-ci il dekabrın 18-də ödəniləcək.

Bağla X