Bu ilin I rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı 561 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 8 ədəd azdır. Bu ilin I rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı 561 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 8 ədəd azdır.

Banklar filiallarını şöbələrlə əvəz edir

Bu ilin I rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı 561 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 8 ədəd azdır.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Əvəzində yanvar-mart aylarında bankların şöbələrinin sayı 6 ədəd artaraq 137-yə çatıb.

Hesabat dövründə bankların ATM-lərinin sayı 10 ədəd artaraq 2 471-ə çatıb. Bank sektorunun işçi heyəti isə 635 nəfər azalaraq 16 312-yə düşüb. Əvəzində bank olmayan kredit təşkilatlarında çalışanların sayı 69 nəfər artaraq 2 726-ya çatıb.

AzNews.az