05:36
(077) 610-22-33

Azərbaycan çaxır idxalını 3 dəfə artırıb- Gürcüstandan

  • >
3 605 6 May 2017 10:21 | İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Gürcüstan dünyanın 39 ölkəsinə 18,4 mln. şüşə (0,75 lirtlik) çaxır ixrac edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın Milli Çaxır Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% çoxdur.

Məlumatda deyilir ki, 4 ay ərzində ölkənin çaxır ixracından gəliri 41,4 mln. ABŞ dolları təşkil edib. Gürcü çaxırı ABŞ, Çin, Avropa İttifaqı və digər ölkələrə - ənənəvi bazarlara çıxarılıb. İlk 5-likdə Rusiya (11 076 205 şüşə), Çin (2 391 981 şüşə), Ukrayna (1 874 212 şüşə), Polşa (814 882 şüşə) və Qazaxıstan (602 407 şüşə) qərarlaşıb.

Statistikaya əsasən, əksər ölkələr üzrə çaxırın ixrac həcmi artıb. Məsələn, Çinə ixrac 3,07 dəfə, Fransaya 4,32 dəfə (65 040 şüşə), Azərbaycana 3,17 dəfə (42 264 şüşə), İsrailə 2,5 dəfə (65 490 şüşə), Rusiyaya 87%, Almaniyaya ixrac 38% (145 168 şüşə), Belorusa 37% (183 150 şüşə), Ukraynaya 26% (1 874 212 şüşə), Polşaya 19% (814 882 şüşə), Latviyaya isə 14% (400 190 şüşə) böyüyüb.

Agentliyin məlumatında o da deyilir ki, bütün ixracın 23-24%-ni və yaxud 4 325 298 şüşəsini brend sayılan çaxır növləri təşkil edib. Həmin çaxırları 14 ölkə idxal edib və onların sayı illik müqayisədə 56% artıb. Brend çaxırlar ixracdan gələn gəlirlərdə 25,85%-lik və yaxud 10,7 mln. dollarlıq paya malik olub.

AzNews.az

Bağla X