Azərbaycan Prezidendi valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Həmin sənəddə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunacaq girovun məbləği açıqlanıb. Azərbaycan Prezidendi valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Həmin sənəddə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunacaq girovun məbləği açıqlanıb.

"Exchange" açmaq istəyənlərin nəzərinə: lisenziya üçün nə qədər girov tələb olunur?

Azərbaycan Prezidendi valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Həmin sənəddə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunacaq girovun məbləği açıqlanıb.

AzNews.az fins.az-a istinadən xəbər verir ki, "Exchange" fəaliyyətinə lisenziya almaq istəyən şəxslər müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə həm milli valyutada, həm də ABŞ dollarında girov vəsaiti yerləşdirməlidirlər.

Girov vəsaitinin məbləği regionlar üzrə fərqlənir:

Bakı şəhərində - 50 min manat və 50 min ABŞ dolları,

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 25 min manat və 25 min ABŞ dolları,

digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında - 10 min manat və 10 min ABŞ dolları.

Xatırladaq ki, valyuta mübadiləsi ilə məşğul olan şəxs lisenziyanın alınması üçün müraciət edərkən Vergilər Nazirliyindən dövlət büdcəsinə borcu və digər öhdəliyi olmadığı barədə arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında Daxili İşlər Nazirliyindən arayış təqdim etməlidir.