- Köhnə - İqtisadiyyat
- 25 May 2017 14:57
- 3 190
Neft hasilatının məhdudlaşdırılmasının müddəti uzadıldı- OPEC qərar verdi
Təşkilat üzvləri hasilatın daha 9 ay müddətinə məhdudlaşdırılması məsələsində razılığa gəliblər.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma vaxtının uzadılmasına səbəb neft qiymətlərinin bərpa olunması ilə bağlıdır.
Kartel üzvləri daha sonra “OPEC”-ə üzv olmayan ölkələrlə razılaşma vaxtının uzadılmasına dair müzakirə aparacaqlar.
Bir müddət əvvəl İranın neft naziri Bijan Namdar Zanqane bildirmişdi ki, kartelin neft qiymətlərini bir barrelə görə 55-60 dollar həcmində saxlaması daha münasibdir.
Bəxtiyar Abbasov
AzNews.az