08:57
(077) 610-22-33

Belarusda Ticarət Evinin açılmasında əsas məqsəd "Made in Azerbaijan" brendinin təşviqidir - Şahin Mustafayev

  • >
1 295 26 May 2017 20:52 | İqtisadiyyat

Belarusda Azərbaycan Ticarət Evi iki ölkə arasında ticarətin diversifikasiyasına yardım edir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Minskdə Azrəbaycan Ticarət Evinin açılışı mərasimində deyib.

Nazir bildirib: "Minskdə Belarus sahibkarlarının böyük marağına səbəb olan Azərbaycanın Ticarət Evinin yaradılması vacib hadisədir. Burada əsas məqsəd "Made in Azerbaijan" brendinin təşviqi, ixracın genişləndirilməsi, eləcə də ikitərəfli əlaqələrin inkişafıdır".

Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 2016-cı ildə 33 fazi, bu ilin 4 ayında isə 40 faizdən çox artıb: "Bu gün biz iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəsini müşahidə edirik. Dövlət başçılarımızın dostluq münasibətləri buna daha güclü təkan verir".

Nazir qeyd edib ki, Ticarət Evinin açılması təşəbbüsü 2016-cı ilin noyabrında Belarus və Azərbaycan dövlət başçılarının görüşündə irəli sürülüb və qısa müddət ərzində böyük işlər görülüb: " Nəticə olaraq bu gün biz bu Ticarət Evinin açılışına toplaşmışıq".

Bağla X