Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının ortalarında uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır. Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının ortalarında uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır.

“Uçot dərəcəsinə təkrar baxılacaq” - Baş Bankir

Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının ortalarında uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, may ayında keçirilmiş monitorinq göstərib ki, inflyasiya azalmaqda davam edir:

“Bu vəziyyətdə uçot dərəcəsinin yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin İdarə Heyətinin iclasında bu məsələnin müzakirə olunması gözlənilir”.

AMB rəhbəri həmçinin, istehlak qiymətləri indeksi ilə bağlı vəziyyətin yaxşılaşdığını vurğulayıb:

“Biz inflyasiyanın dinamikasını izləyirik və müsbət prosesləri müşahidə edirik. 2017-ci ilin ilk dörd ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə daha az olub”.

AzNews.az