00:20
(077) 610-22-33

Qaz hasilatı artacaq

  • >
221 12 Fevral 2013 13:14 | İqtisadiyyat

Azərbaycan təbii qaz hasilatını ildə 15-16 milyard kubmetr artırmaq niyyətindədir



Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq vitse-prezidenti Elşad Nəsirov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı bildirib.
"Bu gün Azərbaycan regionda və dünyada enerji resurslarının əsas ixracatçılarından biridir. Azərbaycanın enerji siyasətinin əsas prinsipləri enerji resurslarına olan daxili tələbatı ödəmək, ölkənin enerji təhlükəsizliyini təmin etmək, Azərbaycanın dünya iqtisadiyyatında əhəmiyyətini artırmaq, ölkənin Şərqlə Qərb arasında enerji resurslarının tədarükü üzrə əsas tranzit dəhlizinə çevrilməsidir", - o deyib.
2012-ci ildə Azərbaycanda neft hasilatı 43 milyon ton, təbii qaz hasilatı isə 26,9 milyon kubmetr təşkil edib.

"Azərbaycan neft, eləcə də qazın əsas ixracatçısına çevrilib və böyük karbohidrogen resusrlarına malikdir. Stabil neft hasilatı nəticəsində yaxın gələcəkdə qaz hasilatının artırılması gözlənilir. Bu, "Şahdəniz" yatağının işlənmöəsinin ikinci mərhələsinə başlanması və digər perspektiv layihələrin işə salınması sayəsində mümkün olacaq və gələcəkdə qaz hasilatının artırılmasına imkan verəcək", - Nəsirov bildirib.

AzNews.az
Bağla X