Dünyada ən çox təbii qaz ehtiyatına sahib ölkələr siyahısında 33,5 trilyon kub metrlə İran liderlik edir. Dünyada ən çox təbii qaz ehtiyatına sahib ölkələr siyahısında 33,5 trilyon kub metrlə İran liderlik edir.

Ən çox təbii qaz ehtiyatı İranda - Siyahı

Dünyada ən çox təbii qaz ehtiyatına sahib ölkələr siyahısında 33,5 trilyon kub metrlə İran liderlik edir.

AzNews.az xəbər verir ki, "BP 2017 Dünya Enerji Statistik göstəricilərinin Hesabatı"na görə, dünyada 186,6 trilyon kub metr təbii qaz ehtiyatı var. Bu qaz ehtiyatının bazara 50 ildən çox çatacağı nəzərdə tutulur. Ən çox təbii qaz ehtiyatı 79,4 trilyon kub metrlə (yüzdə 42.5) Orta şərq bölgəsinə düşdüyü halda, Yaxın Şərqin payına, 56,7 trilyon kub metr ehtiyata sahib Rusiya və Türkmənistanın da içində olduğu Avropa və Avrasiya bölgəsi düşür. Ən az təbii qaz ehtiyatına sahib bölgə isə 7,6 trilyon kub metrlə Cənubi və Orta Amerika olub. Dünyada ən çox təbii qaz ehtiyatına sahib ölkə, 33,5 trilyon kub metrlə İran olub, ondan sonra isə 32,3 trilyon kub metr təbii qaz ehtiyatına görə Rusiya və 24,3 trilyon kub metrlə Qatar siyahıda yer alıb.

Qlobal enerji bazarlarında keçən il ən çox təbii qaz istehsal edən ölkə 749,2 milyard kub metrlə ABŞ olub. Beləliklə, keçən il dünya bazarına təqdim edilən təbii qazın yüzdə 21-i ABŞ-da istehsal olunub.