Rusiya iqtisadiyyatı 2017-ci ilin II rübündə 2,5% artım göstərib. Rusiya iqtisadiyyatı 2017-ci ilin II rübündə 2,5% artım göstərib.

Rusiya iqtisadiyyatı II rübdə 2,5% artıb

Rusiya iqtisadiyyatı 2017-ci ilin II rübündə 2,5% artım göstərib.

"Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu göstərici ilkin variantdır, dəyişiklik mümkündür. Son variant sentyabr ayının ortalarında açıqlanacaq. Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi II rübdə ÜDM artımının 2,7%, Mərkəzi Bank isə 1,3-1,5% olduğunu bildirib. Statistika Xidmətindən bildirilib ki, cari ilin ilk 6 ayında ÜDM 1,5-1,6% artım göstərəcək.

Xatırladaq ki, ilk rübdə Rusiya iqtisadiyyatı 0,5% artıb.

Bununla yanaşı, Rusiya Maliyyə Nazirliyi büdcə göstəricilərini açıqlayıb. Açıqlanan rəqəmlərə görə, Rusiya büdcəsi yanvar-iyul aylarında ÜDM-in 0,8%-i qədər kəsirlə tamamlanıb.

AzNews.az