01:10
(077) 610-22-33

Azərbaycanda qızıl hasilatı 3 dəfədən çox artıb

  • >
1 701 15 Avqust 2017 13:11 | İqtisadiyyat

Azərbaycanda qızıl hasilatı artıb, gümüş hasilatı isə azalıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 3 605 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 7% azalaraq 204,7 kq təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəydə (B.Britaniyanın "Anglo-Asian Mining” şirkəti) hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

AzNews.az

Bağla X