Rusiyanın “Aeroklub” şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib. Rusiyanın “Aeroklub” şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib.

Azərbaycan rusların biznes üçün gəldiyi ölkələrin siyahısında ilk beşlikdə

Rusiyanın “Aeroklub” şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib.

AzNews.az istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib.

Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb.

Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv edildiyindən Rusiya iş adamlarının 70 faizi Belarusdan, 17 faizi Azərbaycandan, 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir.

Qeyd edək ki, “Aeroklub” şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və Vladivostokda ofisləri var.