Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 36,232 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 36,232 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 36,232 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,35 mln. dollar, yaxud 4,1 dəfə çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 812 338,69 kVt/saat elektrik enerjisi satılıb. Bu da 2016-cı ilin ilk 8 ayına nisbətən 620 020,21 min kVt/saat və yaxud 4,2 dəfə çoxdur.

Yanvar-avqustda elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,5%-ni təşkil edib.

AzNews.az