2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 358 737 mobil telefon və digər mobil qurğular idxal olunub. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 358 737 mobil telefon və digər mobil qurğular idxal olunub.

Mobil telefonların idxalı 2 dəfədən çox artıb

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 358 737 mobil telefon və digər mobil qurğular idxal olunub.

Trend-in məlumatına görə, idxalın ümumi həcmi 32,081 milyon dollar təşkil edib.

Məlumata əsasən, bu ilin yeddi ayı ərzində ölkəyə gətirilən mobil qurğuların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. Ötən ilin yanvar-iyun aylarında ölkəyə 156 389 mobil qurğu idxal olunmuşdu. Builki göstərici dəyər baxımından 2016-cı ildə qeydə alınan göstəricini 96,5 faiz üstələyib.

İlin əvvəlindən ölkəyə orta hesabla aylıq 51 mindən çox mobil qurğu idxal edilib. Orta aylıq hesabla mobil telefon bazarının həcmi 4,58 milyon dollardan çox olub.

AzNews.az