Səlim Müslümov korrupsiyadan danışdı

"20 fevral 2012-ci il tarixinə qədər 2 milyon 351 min 538 nəfərə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb". Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafına yönələn vəzifələr yerinə yetirilir. Bu sahədə normativ hüquqi baza yaradılır və 20 fevral 2012-ci il tarixinə qədər 2 milyon 351 min 538 nəfərə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.

Onun sözlərinə görə, vətəndaşların 2006-cı ilə qədər pensiya kapitalları barədə məlumatların və ölkədən elektron qaydada sistemə yerləşdirilməsi nəzərdə tutulub.

Fond rəhbəri onu da qeyd edib ki, "Sığorta olunanlara məlumatların verilməsi" elektron xidmətin istifadəyə verilməsi avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün əsas verəcək:

"Bütün bunlar sistem xarakterli dəyişikliklərdir və inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsini şərtləndirir. Görülən bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiya qarşı mübarizədə sistem xarakterli islahatların keçirilməsi, eyni zamanda bütün xidmətlərin tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində atılan mühüm addımlardandır".