Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin keçirilməsinə start verib. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin keçirilməsinə start verib.

“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər”

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin keçirilməsinə start verib.

AzNews.az xəbər verir ki, ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə təşkil olunan müzakirələrin ilki Ağdamda təşkil olunub. Görüşdə Ağdam, Füzuli, Tərtərdən olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov qonaqları sadalayıb. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ağdan rayonu ilə start götürən regional ictimai müzakirənin keçirilməsinin əsas məqsədi barədə danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlarda sosial-iqtisadi sahədə aparılan işləri xüsusi diqqətdə saxlayır. Strateji Yol Xəritəsinin icrası ilə bağlı açıqlanan yarımillik monitorinq ə qiymətləndirmə il bağlı hesabat da onu göstərir ki, regionların inkişafı istiqamətində qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirilib. Bura ölkədə iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, sənaye zonalarının yaradılması, rayonlara cəlb edilən özəl sərmayələrin artırılmasını aid etmək olar.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov isə əlavə edib ki, regionlarda davamlı olaraq belə bir görüşlərin təşkili rayonlar üzrə təhlillərin aparılması, qeyri neft sektorunun inkişaf etdirilməsi üçün çox önəmlidir. Onun qənaətinə görə, bölgələrdə kənd təsərrüfatı məhsulları ilə özünü təminat səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Sektor müdirinin sözlərinə görə, Azərbaycanın bölgələrində ixracyönümlü məhsulların istehsalına geniş imkanlar yaradılıb, subsidiyalar ayrılıb. Artıq fermer və sahibkar öz məhsulunu rahat yetişdirə bilir, gəlir əldə edir və ixrac vasitəsi ilə ölkəyə əlavə sərmayə cəlb edir.

Qeyd edək ki, müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə “Regionların iqtisadi inkişafı” mövzusunda prezentasiya ilə çıxış edib. Tədbirdə həmçinin İqtisadiyyat nazirliyi, Kənd Təsərrüfatı nazirliyi, eləcə də Vergilər nazirliyinin nümayəndələri də iştirak edib.

İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda çıxış edib.

Tədbirin sonunda sahibkarların, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Analoji tədbirlər Şəki, Quba, İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də keçiriləcək.

image description