Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları ayrı-ayrı sahələr üzrə inkişafa təkan verəcək. Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları ayrı-ayrı sahələr üzrə inkişafa təkan verəcək.

"Strateji Yol Xəritəsinin yarımillik hesabatları tam obyektivliyə söykənir" - İqtisadçı ekspert

Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları ayrı-ayrı sahələr üzrə inkişafa təkan verəcək.

Bunu AzNews.az-a Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarını şərh edən istisadçı-ekspert Vüqar Bayramlı deyib.

İqtisadçının fikrincə, bu hesabat əhatə etdiyi bütün sahələr üzrə inkişafa dəstək olacaq:

“Strateji Yol Xəritəsinin qiymətləndirilməsi və monitorinqinin aparılması tamamiylə müstəqil həyata keçirilib. Düşünürəm ki, dövlət qurumları tərəfindən belə müstəqil qiymətləndirmələrin aparılmasına ehtiyac var. Bu hesabat çox vacib idi. Nəzərə alsaq ki, bu tip monitorinqin aparılması praktikasına rast gəlinməyib. Bu gün yayımlanan hesabatla tanış olanda görürük ki, hər bir fəaliyyət üzrə konkret icra vəziyyəti qiymətləndirilib və nəticəsi yaxşıdır. Qiymətləndirmə və monitorinq həm də dövlət qurumlarının məsuliyyətinin artırılması baxımından vacibdir. Yol xəritəsinin qiymətləndirilməsi və monitorinqinin aparılması eyni zamanda növbəti dövrdə nəzərdə tutulan fəaliyyətlərin icrası üçün məsuliyyəti artıracaq. 2017-ci il başa çatandan sonra illik qiymətləndirmə olacaq. Həmin qiymətləndirmədə də dövlət qurumları daha yaxşı mövqedə olmağa çalışacaqlar”.