19:30
(077) 610-22-33

Azərbaycan OPEC qarşısındakı öhdəliyinə sentyabrda da əməl edib

  • >
1 221 3 Oktyabr 2017 11:33 | İqtisadiyyat

Azərbaycan OPEC üzvü və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini sentyabr ayında da yerinə yetirib.

“Report” xəbər verir ki, Energetika Nazirliyi Azərbaycanın cari ilin sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Həmin məlumatlara əsasən, cari ilin sentyabr ayında ölkə üzrə gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 733 min barelini xam neft, 52,7 min barelini kondensat təşkil edib. Gündəlik 627 min barel xam neft, 52,7 min barel kondensat, 19,3 min barel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda isə 734,8 min barel olub.

OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC üzvü və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübün sonunadək uzadılması barədə razılıq əldə olunub.

AzNews.az

Bağla X