2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb.

Əhali 24.8 milyard manatı nəyə xərcləyib?

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 24 milyard 800,8 milyon manatlıq məhsul satılıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, pərakəndə ticarət şəbəkəsində 12 milyard 556,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 244,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Xidmət subyektləri tərəfindən 5 milyard 979,4 milyon manatlıq ödənişli xidmət göstərilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,8 faiz artıb.