Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 99 619,5 ton məhsul təhvil verilib. Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 99 619,5 ton məhsul təhvil verilib.

Azərbaycanda builki pambıq yığımının həcmi 100 min tona çatıb

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 99 619,5 ton məhsul təhvil verilib.

AzNews.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunun 3 140,53 tonu ötən gün pambıq tədarük olunub.

Qeyd edək ki, bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib.

Məhsul yığımının həcminə görə, Saatlı rayonu öndə olub. Bu rayondan 15 971,4 ton məhsul təhvil verilib.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 596 ton pambıq tədarük olunmuşdu.