Bakının Hövsan qəsəbəsində ikinci güzəştli mənzil kompleksinin tikintisinə ilin sonunadək başlana bilər. Bakının Hövsan qəsəbəsində ikinci güzəştli mənzil kompleksinin tikintisinə ilin sonunadək başlana bilər.

İkinci güzəştli mənzil kompleksi inşa olunacaq

Bakının Hövsan qəsəbəsində ikinci güzəştli mənzil kompleksinin tikintisinə ilin sonunadək başlana bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.

O qeyd edib ki, layihə-smeta sənədləri artıq hazırdır: "Yaxın günlərdə işlərə başlanılacaq".

Xatırladaq ki, sosial mənzillərin tikintisi üçün Hövsanda 20 hektar ərazi ayrılıb. Ümumilikdə 3 min mənzil inşası gözlənilir.

AzNews.az