23:06
(077) 610-22-33

Gürcüstan Azərbaycanın elektrik enerjisinə “yox“ dedi

  • >
429 25 Fevral 2013 14:59 | İqtisadiyyat

2013-cü ilin yanvarında Gürcüstan təkcə Rusiya ilə elektrik enerjisinin ixrac və idxalı əməliyyatları keçirib.

Gürcüstan Elektroenergetika Sistemi Kommersiya Operatorunun məlumatına görə, Gürcüstan sonuncu dəfə ötən ay şimal qonşudan 126,58 mln kVtsaat (bir il əvvəl 80,191 mln kVtsaat) elektrik enerjisi alıb, ona 1,015 min kVtsaat satıb (2012-ci ilin yanvarında Rusiyaya elektrik enerjisi ixrac edilməyib).

Xatırladaq ki, 2012-ci ilin yanvarında Gürcüstan Azərbaycandan 296,676 min kVtsaat elektrik enerjisi alıb, ölkəmizə 1,135 тыс kVtsaat elektrik enerjisi ixrac edib.

Maraqlıdır ki, ötən il RF, Azərbaycan, Ermənistan və Türkiyə ilə enerji mübadilsəi edən Gürcüstan cəmi 614,59 mln kVtsaat alıb, 528,15 mln kVtsaat elektrik enerjisi ixrac edib.

AzNews.az
Bağla X